Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlər doğuldu ki, yaşasın ana Vətən” mövzusunda  Şəhid leytenant Erkin Ədalət oğlu Hüseynovun ailəsi ilə görüş keçirilib. 

26.09.2023

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialı  “Şəhidlər doğuldu ki, yaşasın ana Vətən” mövzusunda  Şəhid leytenant Erkin Ədalət oğlu Hüseynovun ailəsi ilə görüş keçirib. 
Tədbirdə şəhidin ailə üzvləri, yaxın qohumları, Şəhidin təhsil aldığı Gəncə şəhər 17 №-li tam orta məktəbin müəllimləri və şagirdləri, II Qarabağ-Vətən müharibəsinin Şəhidi Nurhan Abbasovun anası,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Gəncə şəhər şöbəsinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, II Qarabağ-Vətən müharibəsinin qazisi, Gəncə Dövlət Peşə Təhsil Mərkəzi 3 nömrəli Gəncə Peşə Liseyinin müəllim və tələbə kollektivi iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən filialın böyük kitabxanaçısı Şəhid Erkin Hüseynov haqqında ətraflı məlumat verib.
Şəhidin anası Laləzər Hüseynova, nənəsi, bibiləri, müəllimləri Şəhid Erkin Hüseynov haqqında xatirələrini danışıblar. 
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Gəncə şəhər şöbəsinin sədri Bəyanat Qasımov, Azərbaycan Yazıcılar Birliyinin üzvü Aləmzər Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Elton Türkel, II Qarabağ-Vətən müharibəsinin qazisi  Həsən Cəfərov öz çıxışlarında qeyd ediblər ki, Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. 44 günlük Vətən müharibəsi dövründə bir an belə tərəddüd etmədən canlarını bu Vətən üçün qurban verən şəhidlərimiz daim and yerimizdir. Neçə-neçə silahdaşlarımızı, dostlarımızı, can yoldaşlarımızı bu haqq savaşımızda itirdik. Onlar öz vətən sevgiləri naminə ən uca zirvə olan şəhidlik zirvəsinə ucaldılar.  
Tədbirin sonunda Gəncə şəhər 17 saylı tam orta məktəbin şagirdləri Vətən haqqında şeir kompozisiyası ilə çıxış ediblər və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşının hazırladığı “Gəncənin şəhid leytenantı Erkin Hüseynov” adlı video-çarx nümayiş edilib.

 

333.9 KB

 

374.6 KB